10 October, 2023

Zəhramız

Bir uşaq düşünün sevgi, qayğı gördüyü yeri, həmin insanı itirər deyə sağalmaqdan qorxan. Bəli, Zəhra bəzən “mən sağalsam Elgül xalam məni unudar, mənim yanımda olmaz” deyir. Gördüyü sevgini itməkdən çox qorxur. Uşaqlar heç vaxt yalan danışmazlar və sevgi görmədiyi yerdə qalmaq istəməzlər. Zəhranın 13 yaşı var. O, ixtiyoz xəstəliyindən əziyyət çəkir. Xəstəlik onun gözlərinə fəsad verib. Gözləri yatanda belə açıq qalır. Bununla yanaşı onun bir neçə problemi də var. Oda beyin şişi var idi və o şiş sürətlə böyüyürdü. Artıq beyin sümüyünü deşirdi.

Əməliyyatı üçün yüklü miqdarda ödəniş tələb edilirdi. Və 2019-cu ildə Heydər Əliyev Fondu Zəhranın beyin əməliyyatını öz öhdəsinə götürdü. O, İtanbulda əməliyyat olundu. Zəhranın arzusu xəstəxanadan çəhrayı donla çıxmaq idi. Onun arzusu həyata keçdi. Bununla yanaşı Zəhranın onurğa sümüyündə də problem var. O bir neçə dəfə müayinə üçün İstanbula aparılıb “Yaşama Dəstək” tərəfindən. Bu onun yeriməsinə, həyat tərzinə pis təsir edir. Həkimlərin rəyi əsasında 17-18 yaşlarında yüksək məbləğ tələb edən əməliyyat nəticəsində bu problem aradan qaldırıla bilər. Zəhranın ən böyük arzusu isə saçının olmasıdır. Əməliyyat olunduğu üçün saçları çox az çıxır, onun üçün həmişə başını bağlayır. Saçı olan qızlara həmişə həsrətlə baxır. Amma psixoloji seanslarımız nəticəsində Zəhra artıq az saçını da qəbullanıb. Hər gün fərqli rənglərda saç aksesuarları taxır. Bandanalarla bəzənir.