04 December, 2023
Bu gün mərkəzimizdə uşaqların valideynləri üçün psixoloji seminar keçirildi. Bu seminarda 3 nəfər psixoloq və uşaqların dəstəkçisi Elgül xanım da iştirak etdi. Mövzu olaraq valideynlərin özlərinə nə qədər dəyər verdikləri haqqında danışıldı. Bəziləri özünü çox dəyərli hiss edir, bəziləri isə özünü həddindən artıq dəyərsiz…
Özünü dəyərsiz hiss edən valideynlərin tək səbəbi övladının problemli olması deyil, həm də onun öz valideynlərindən, sonradan getdiyi ailədən özünə qarşı dəyər görməməsi idi.
Bəli… "Yaşama Dəstək" mərkəzi tək həmin körpə balalara deyil, həm də onların valideynlərinə dəstəkdir ki, onlar özlərini cəmiyyətdən uzaqlaşdırmasın, özlərinə dəyər verməyi bacarsın. Onlar hətta özlərini o qədər dəyərsizləşdiriblər ki, bir az bahalı paltar geyinməyi belə özlərinə yaraşdırmırlar. Hər zaman özlərini ikinci plana saxlayırlar.
"Yaşama Dəstək" mərkəzində bu problemin həlli üçün yeni bir layihə başlayır. Ayda iki dəfə olmaqla valideynlərə psixoloji seminar keçərək onlara dəyəri öyrədəcək. Və bu da valideynlərlə birlikdə körpə balalarımızın həyat eşqini artıracaq.