16 November, 2023

Mənim möcüzəm

Salam mən Roza, sizdən bir şey soruşacam. Möcüzələrə inanırsınızmı? Mən inanmırdım. Ta ki, 5 il öncəsinədək.
Bundan 5 il öncə iyun ayının 22-si mənim həyatıma bir möcüzə girdi və bu möcüzə mənim həyatımı təxmin belə edə bilməyəcəyim qədər dəyişdirdi.
Bir gün mənim adıma təşkil olunmuş bir tədbirə getmişdim.Tanımadığım bir çox adam var idi. 
Mən oynayarkən birinin adımı dediyini eşitdim və səs gələn yerə baxdım. Bir dənə xala məni yanına çağırırdı. Getdim. Mənim əlimdən tutdu və soruşdu:"Niyə ağlayırsan gözəlim?" Bu suala artıq öyrəşmişdim. Çünki hamı mənə bu sualı verirdi. Mən ağlamırdım, sadəcə gözümdən yaş axırdı. Gülümsəyərək cavab verdim: "ağlamıram sadəcə gözümdən öz-özünə yaş axır" mən bu sözü deyəndən sonra xala məni qucağına oturtdu və dedi "söz verirəm bundan sonra yanındayam sən sağalacaqsan" O vaxt çox da önəmsəmədim çünki daha öncə çox eşitmişdim. Bu vaxda kimi çox adam demişdiki yanındayam ama heç biri həqiqətən yanımda olmayıb.
Tədbir bitdi, bir neçə gündən sonra keçən dəfə getdiyimiz yerə getdik. Bir otağa girdik ama bu dəfə tək deyildik, başqa uşaqlar və valideynlər də var idi. Başımda saç olmadığı üçün parik taxırdım. Gedib xalaynı qucaqladım, o da məni qucaqladı və soruşdu: "Rozam nətərsən həyatım?" -gülümsədim və yaxşıyam dedim. Dedi ki, "nə gözəl saçların var". Mən də "sağ olun" dedim mənə gülümsədi: "Rozam, bura indi istidi, gəl parikini çıxart, gedəndə taxarsan olarmı?" Mən də "yaxşı çıxardaq" dedim. Əyildi, pariximi çıxardı və başımı oxşayaraq dedi: ”belə daha qəşəng oldun". Öz saçın daha qəşəngdi. İnşallah uzanacaq daha da gözəl olacaq" məni qucaqladı və başımı öpdü.
Oradaki oyuncaqlarla oynadım. Xala da ordaki valideynlərlə danışırdı. Evə gəldim. Aradan 1 həftə keçdi
Ad günüm idi yenə o getdiyimiz yerə getdik ama Elgül xala hələ gəlməmişdi. Onu gözləyirdik orada başqa uşaqlar da var idi. Biraz vaxt keçdikdən sonra Elgül xala gəldi tort da almışdı. Orada Murad adında bir uşaqın da ad gününü idi. Tortu üfürdük və biz təbrik elədilər Elgül xala mənə gəlincik almışdı. Gəlinciyi görəndə çox sevindim. Çünki onlarla oynamağı çox xoşlayırdım.
Ad günü qutardı və evə gəldim.

Ara ara belə görüşlərimiz olurdu. Daha sonra müayinələrimiz başladı və buna görə xəstəxanada görüşürdük, bizə dərmanlar verilirdi .
Bir gün yenə xəstəxanaya getdik ama bu dəfə həmişə olduğundan daha çox adam var idi. Səbəbini başa düşməmişdim hamı birini gözləyirdi aradan biraz keçdikdən sonra hamı ayağa qalxdı. Leyla Əliyeva qapıdan içəri girdi. Ətrafında onunla bərabər gələn bir çox adam var idi. Onu ilk dəfə görmüşdüm,hamıyla tək-tək görüşdü, bizi bir-bir qucaqladı və uşaqlara hədiyyələr verdi. Elgül xala sayəsində Leyla Əliyevayla görüşmüşdüm o həqiqətən çox mərhəmətli biridi. 
Bir gün yenə müalicə üçün xəstəxanaya getmişdik. Orada Elgül xala məndən soruşdu: "Rozam Türkiyəyə gedəkmi?" orda çox sevindim ilk dəfə Türkiyəyə gedəcəkdim. Soruşdum “gedək ama nəyə görə gedirik?" Elgül xala belimi sığalladı və dedi"Rozam senin gözlerin bağlanmır bilirsən. Səni əməliyyat elətdirəcəyik 
İnşallah əməliyyatdan sonra rahatlıqla bağlanacaq mən biraz biraz qorxduğum üçün soruşdum "bəs ağrıdacaq mı?" Elgül xala əlimi tutdu və dedi: "xeyr ürəyim heç hiss etməyəcəksən səni orada yatırdacaqlar mən hec icazə verərəm sənə nəsə olmasına" mən çox rahatlamışdım  Elgül xala mənə çox güvən verirdi aradan bir həftə keçdi biz Türkiyəyə getdik. Gedəndə əməliyyatdan öncə Elgül xala bizi bir az gəzdirdi. Onunla vaxt keçirməyi çox xoşlayıram. Məni əyləndirirdi sadəcə məni yox bizim ilə başqa uşaqlar da gəlmişdi. 
Bir iki gün sonra əməliyyat günü gəldi. Həyacanlı idim amma qorxmurdum. Elgül xalaya inanırdım onun yanında mənə heçnə olmayacağını bilirdim əməliyyata girənə kimi əlimi buraxmadı. Əməliyyatdan çıxdıqdan sonra gözüm bağlı idi. Özümə gələndə heçnə görmürdüm. Ağlayırdım, əlimi gözümə vurmağa çalışırdım orada o qədər adamın səsi var idi. Ancaq sadəcə biri məni sakitləşdirirdi o da Elgül xalanın səsi. Mənə "Rozam yanındayam həyatım" dedi. Mən orada anladım ki, bugünə qədər mənə yanındayam deyən çox adam olub ama bu sözün mənasını mənə həqiqətən hiss etdirən tək Elgül xalam olub. Ondan sonra da dəfələrlə getdik Türkiyəyə. Hətta indi də yeni əməliyyat olmuşam gözümdən və özümü çox xoşbəxt hiss edirəm.