12 May, 2024

Nigar...

Bildiyiniz kimi "Yaşama Dəstək" Mərkəzi İmmunadefisit xəstəliyindən əziyyət çəkənlərə də dəstəkdir. Bu xəstəlik də irsi xarakter daşıyır. Kəpənək və İxtiyoz xəstəliyi barədə məlumat vermişdik. İndi isə sizə İmmunadefisit xəstəliyindən əziyyət əziyyət çəkən körpələrdən danışaq. Bu xəstəliyin də bir neçə sindromu var. Bu xəstəliyin o biri xəstəliklərdən fərqi odur ki, dəri ilə əlaqəsi yoxdur. Qanda immunitetin səviyyəsi sıfır olur. Onlara 21 gündən bir iynə vurulur və o iynə sayəsində həyatda qalırlar. Bu xəstəliyin daha ağır sindromları da var. Ən ağır sindromu isə Lui-Bar sindromudur. Bu sindromla doğulan uşaqlar ilk 2-3 il normal inkişaf edir. Sonralar bronx-ağciyər və mədə-bağırsaq sistemində fəsadlar özünü biruzə verir.  

Nigarın hazırda 15 yaşı var və immunadefisit xəstəliyindən əziyyət cəkir. O, səkkiz yaşına kimi normal həyat tərzi sürüb. Sonradan bu xəstəliyin ağır fəsadları özünü biruzə verib. Nigar hal-hazırda çətin danışır, bədəni əsir, çeynəməsi itib. Onun və valideynlərinin hələ də ümidi var ki, Nigar tezliklə sağalacaq. Nigar elə bilir ki, o yenə də əvvəlki kimi yeriyəcək. Həm də Nigar çok ağıllı və savadlı uşaqdır. Tarix fənnini çox sevir. Mərkəzimizdə Nigar gəldiyi günlərdə sırf onun sevdiyi yeməklər bişirilir.