16 November, 2023

Dilarəmiz

Dilarə…
Dilarənin 13 yaşı var. O Kəpənək xəstəliyindən əziyyət çəkir. 18 yaşında qardaşını bu xəstəlik səbəbindən itirib. Dilarə Yaşama Dəstəyi biraz gec tapsa da indi canı çox rahatdı. Dilarənin bədənində çıxan suluqlar artıq onun başının içində də çıxır və ona çox başağrısı verir. Dilarə 2021-ci ildə İstanbulda əl əməliyyatı olub. Onun əlləri Yaşama Dəstək sayəsində açılıb. O deyir:

Salam mən Dilarə.
Yaxşı ki, Yaşama Dəstək var. Yaxşı ki, bu dərmanlar, plastrlar var. Mən salfetlərlə çox əziyyət çəkirdim. Hər qopardığım salfetdə damla-damla qan axırdı bədənimdən. Bədənim çox yanırdı. Hətta çiməndə də bədənim yanırdı. Rahat yaşaya bilmirdim. Bəzən xoşladığım geyimi geyinə bilmirdim. Məni salfetlərdən Elgül xala, yəni Yaşama Dəstək qurtardı. Sizi tapdıq, sizə gəldik. Allah göndərdi sizi. Sözün əsl mənasında! Mən sizin verdiyiniz dərmanları çox sevirəm. Bilirəm nə çətinliklə onları əldə edib bizə verirsiz. Rahatlığın nə demək olduğunu sizi tapandan sonra bilmişəm. Çox gözəl bir şey imiş. Əvvəllər hər günüm acı içində keçirdi. Hərgün ağrıdan ağlayırdım. Allah mənim dualarımı eşitdi və sizi mənə tanıtdı. Çox xahiş edirəm bu dərmanları bizdən əsirgəməyin. Xalqımdan çox xahiş edirəm, həmişə dəstək olasınız ki biz rahat yaşayaq.
Biz bu kremlərlə, plastrlarla rahatlaşırıq, yatırıq, dururuq. Rahat hərəkət edə bilirik.