İxtiyoz xəstəliyi qohum evliliyindən yaranır. Bu xəstəliklə dünyaya göz açan uşaqların dərisində çatlar əmələ gəlir, quruluq olur. Dəri quruduğu üçün mütləq gündə iki-üç dəfə xüsusi kremdən istifadə edilməlidir. Verdiyi fəsadlar nəticəsindən dəri dartılır və gözlər daimi açıq qalır. Mütləq dəri köçürülməlidir.
İmmunadefsit xəstəliyi çox ağırdır. İmmunitet sıfıra bərabər olur. Qohum evliliyindən yaranır. Bu xəstələr ancaq "ivik" iynə aparatı ilə yaşayırlar. Bu iynə hər ay vurulmalıdır. Sindromlardan biri Liubardır. Bu xəstələr zamanla yerimələrini, nitqini, hətta çeynəmələrini belə itirir.
Yaşama Dəstək İB 2017-ci ildə çarəsiz və nadir xəstəliklərdən əziyyət çəkən insanlara dəstək məqsədi ilə yaradılmışdır. Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyevanın və yardımsevər insanların dəstəyi ilə xəstələrin müalicəsinə fond tərəfindən dəstək göstərilir.
Bu xəstəliklər nadir rastlanılan xəstəliklərdir. Əsasən qohum evliliklərindən yaranır. Təəssüf ki, tam müalicələri yoxdur.
Kəpənək xəstəliyi qohum evliliyindən yaranır. Bu xəstəlikdən çəkən insanların dərilərində öz özünə yanma yaranır.Əllər bağlanır, boğazlarından yemək keçmir.