Join us and start donating

Ümumi təşkilat haqqında məlumat

Hüseynquliyeva Elgül Zülfüqar qızı 1984-cü ildə Şəmkir rayonu Təzəkənd kəndində anadan olub. 2003-cü ildə Azərbaycan Memarlıq və İnşaat universitetinə qəbul olunmuşdur. Həmin illərdən həyat yoldaşı Abil Hüseynquliyevlə birlikdə xeyriyyəçilik fəaliyyətinə başlayıblar.

2017-ci ildən Azərbaycanda “ixtiyoz”, “kəpənək” və “immuno defsit” xəstəliyindən əziyət çəkən xəstələri araşdırıb onlara dəstək olmağa başlayıb. Xəstəlik nadir olduğu üçün həkimlər tərəfindən tanımlanmayıb. Buna baxmayaraq Elgül xanım artıq 5 ildir ki, həmin xəstələri tapıb dəstək olur, müalicə edir və əməliyyat etdirir.

Become a Volunteers

Xoşbəxt və sağlam gələcək üçün bizimlə köməkləşin

Recently asked questions

FAQ paneli

Sizi maraqlandıran suallara buradan cavab tapa bilərsiniz

İanə et

Bu xəstəliklər haradan və necə yaranır?

Bu xəstəliklər nadir rastlanılan xəstəliklərdir. Əsasən qohum evliliklərindən yaranır. Təəssüf ki, tam müalicələri yoxdur. 

Epidermolizis Bulloza (Kəpənək) xəstəliyinin əlamətləri nədir?

Kəpənək xəstəliyi qohum evliliyindən yaranır. Bu xəstəlikdən çəkən insanların dərilərində öz özünə yanma yaranır.Əllər bağlanır, boğazlarından yemək keçmir.

İxtiyoz xəstəliyinin əlamətləri nədir?

İxtiyoz xəstəliyi qohum evliliyindən yaranır. Bu xəstəliklə dünyaya göz açan uşaqların dərisində çatlar əmələ gəlir, quruluq olur. Dəri quruduğu üçün mütləq gündə iki-üç dəfə xüsusi kremdən istifadə edilməlidir. Verdiyi fəsadlar nəticəsindən dəri dartılır və gözlər daimi açıq qalır. Mütləq dəri köçürülməlidir. 

İmmunadefsit xəstəliyi nədir? Əlamətləri hansılardır?

İmmunadefsit xəstəliyi çox ağırdır. İmmunitet sıfıra bərabər olur. Qohum evliliyindən yaranır. Bu xəstələr ancaq "ivik" iynə aparatı ilə yaşayırlar. Bu iynə hər ay vurulmalıdır. Sindromlardan biri Liubardır. Bu xəstələr zamanla yerimələrini, nitqini, hətta çeynəmələrini belə itirir. 

Yaşama Dəstək İB-nin fəaliyyəti nədən ibarətdir?

Yaşama Dəstək İB 2017-ci ildə çarəsiz və nadir xəstəliklərdən əziyyət çəkən insanlara dəstək məqsədi ilə yaradılmışdır. Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyevanın və yardımsevər insanların dəstəyi ilə xəstələrin müalicəsinə fond tərəfindən dəstək göstərilir.