02 October, 2023

Orxanımız

Orxanın 27 yaşı var. O ömrü boyu kəpənək xəstəliyindən əziyyət çəkib. Xəstəlik ona
çox böyük fəsadlar verib. Əlləri bağlanıb, boğazında yaralar əmələ gəldiyindən
rahatlıqla yemək yeyə bilmirdi. Əllərini açdırmaq üçün İstanbula əməliyyata aparılıb.
Orxanın yanında kəpənək xəstəliyindən əziyyət çəkən bir körpənin dünyasını
dəyişdiyini deyəndə o sanki həmin körpənin əvəzinə sevinir. Səbəbi isə o 27 ildir o acı
ilə yaşayır və onun nə qədər çətin olduğunu bilir. Ona elə gəlir ki, ölüm onları bu
xəstəlikdən qurtarır.
Xəstəlik Orxana həddindən artıq yorğunluq, halsızlıq, damarlarda iltihablanma ilə
əlaqədar şişkinliklər verir.

İndi Orxan hər gün “Yaşama Dəstək” mərkəzinə gəlir. Əl barmaqları açıldığı üçün
mərkəzdə əl işləri ilə məşğul olur, şəkillər çəkir, onları gözəl rəngləyir. Muncuqlarla
fərqli qolbağılar, boyunbağılar düzəldir. Bəzən bədii kitablar oxuyur.
Boğazı ilə əlaqədar mərkəzdə bişən hər yeməyi yeyə bilmir. Çünki bədənindəki
yaralar artıq daxilində də çıxır. Qida borusu bir müddət yara içəsində olur yeməkləri
rahat yeyə bilmir.
Bəzən mərkəzdə Orxana sarğılar edilir, yaraları kremlənir, xüsusi qulluq olunur.
Həmçinin digər uşaqlara da.