22 June, 2023

Mən sağalacam!

Yaşama Dəstək; 300-dən artıq ailənin ümid yeri.., 300-dən artıq uşağın “Mən sağalacam!” deyə umidlə açdığı qapı… Doğulduğu gündən etibarən əziyyətlə yaşayan körpələr. Böyüdükcə komfortsuz həyat tərzi olan gənclər. Yaş aldıqca həyata tutunmaqda çətinlik çəkən yetişkinlər və insan həyatını məhv edən 3 nadir xəstəlik. Kəpənək, ixtiyoz, immunadefisit. Bu xəstəliklərin dəqiq müalicəsi olmasa da, müəyyən baxımlar, qulluqlar aparılaraq xəstənin həyat keyfiyyəti yaxşılaşdırılır. Həmin bu 3 xəstəlik qohumların nikaha girməsindən yaranır. Yaşama Dəstək cəmiyyətimizin köməyi ilə yığılan maddi yardımla bu çarəsiz xəstəliklərdən əziyyət çəkən insanlara təmənnasız dəstək olur. Yaşama Dəstək çok önəmli bir işi bacardı. ˝ Cəmiyyət məni qəbul etməz˝  deyə düşünənlərə ˝ Mən hər kəsdən daha gözəl və özələm˝  dedirdi.

Kəpənək xəstəliyi dəri xəstəliyidir. Dəri çox həssas və kövrək olur. Dəridə suluqlar əmələ gəlir. Bu xəstəlik yalnız dəridə deyil,insanın daxilində də fəsadlar yaradır.  Bəzən suluqlar insanın daxili orqanlarında əmələ gəlir, boğazdan yemək keçmir, əllər, bəzən də ayaqlar birləşir. İxtiyoz xəstəliyi də dəri xəstəliyidir. Gözlərin yatarkən belə açıq qalması, dəridə həddindən artıq quruluq, qabıqların soyulub tökülməsi bu xəstəliyin əlamətləridir.  İmmunadefisit xəstəliyi də genetik xəstəlikdir. Lakin bu xəstəlik dəridə deyil, qanda olur. Qanda immunitet olmur. Bu xəstələr yüksək vəsait tələb edən iynələrlə yaşayır.