20 May, 2023
Epidermoliziz bülloza (Kəpənək) çox nadir dəri xəstəliyidir. Kəpənək xəstəliyinin əlamətləri əl, qol, üz, ayaq, ağız içi, beldə də görünən, içərisi su ilə dolu olan eynən yanıq suluqlarına bənzəyən suluqlarla özünü göstərir. Dəridə olan bu suluqlar əsasən travma nəticəsində əmələ gəlir və ən kiçik travma belə həmin xəstəliyin özünü göstərməsinə səbəb olur. Tam müalicəsi olmasa da rahat yaşamaları üçün müalicələri var. Lakin bu müalicələr çox böyük vəsait tələb edir. Xəstəlik çox böyük fəsadlar verir. Əllər bağlanır, boğazlarından yemək keçmir. Xüsusi plastrlar, kremlərlə rahat yaşaya bilirlər.
Plastr və kremlər böyük vəsait tələb etdiyi üçün ailələr həmin müalicəni övladlarına edə bilmirlər. Cəmiyyət 5 ildən artıqdır ki, tam təmənnasız bu xəstələrə dəstək göstərir.