20 May, 2023

İxtiyoz xəstəliyi haqqında

İxtiyoz xəstəliyi də qohum evliliyindən yaranır. Bu xəstəliklə dünyaya göz açan uşaqların dərisində çatlar əmələ gəlir, quruluq olur. Dəri sürətlə yeniləndiyi üçün köhnə olan dəri hüceyrələri çox yavaş çalışır. Nəticədə dəri qalınlaşır və qabıq halında görsənir. Bu xəstələr mütləq hər gün bir neçə dəfə xüssi kremlərdən istifadə etməlidir. Verdiyi fəsadlar nəticəsində dəri quruyub dartıldığı üçün gözlər açıq qalır. Mütləq dəri köçürmə əməliyyatı tələb olunur. Həmin əməliyyatlar ölkəmizdə həyata keçirilmədiyi üçün uşaqlar Yaşama Dəstək tərəfindən Türkiyəyə aparılaraq İstanbul şəhərində əməliyyat etdirilir. 5 il ərzində iki xəstəlik üzrə əziyyət çəkən 36 uşağın əməliyyatı Yaşama Dəstək tərəfindən həyata keçirilib. 

Təəssüf ki, tam müalicələri yoxdur. Amma rahat yaşamaları üçün müxtəlif lasiyon və kremlərlə müalicələri var.