23 May, 2022

"Bu dünyada biz də varıq" adı altında seminar keçirildi

“Bu dünyada biz də varıq” şüarı altında növbəti maarifləndirici və motivasiyaedici seminar təşkil olundu. Bu görüş nadir xəstəliklərlə yaşayan uşaqların ailələri və onlara dəstək olan mərhəmətli, səmimi qəlbli insanların bir araya gəldiyi xüsusi bir platforma oldu.

Seminar "Yaşama Dəstək" mərkəzi tərəfindən təşkil edildi və mərkəzin rəhbəri Elgül Hüseynquliyeva tərəfindən həyata keçirildi. Uzun illərdir ailələrin yanında olan Elgül xanım bu görüşdə iştirakçılarla maarifləndirici, psixoloji və motivasiyaedici söhbətlər apardı.

Bu seminar yalnız bir tədbir deyil, sevginin, anlayışın və birlik mesajının canlı təcəssümü oldu. Elgül xanımın illərdir davam edən fəaliyyəti bir daha göstərdi ki, sevgi ilə yanaşma təkcə uşaqları deyil, onların ailələrini də həyata bağlayır.

Tədbirin əsas məqsədi “Bu dünyada biz də varıq” mesajı altında nadir xəstəliklərlə yaşayan ailələri və onlara dəstək olan insanları bir araya gətirmək, şəffaf şəkildə cəmiyyətə göstərmək idi ki – bu ailələr tək deyil, xalq onların yanındadır.

Seminar "May dom" restoranı məkanında təşkil olundu. Səmimi səhər yeməyi süfrəsi ətrafında baş tutan görüşlərdə dərin, duyğusal anlar yaşandı, ailələr arasında isti ünsiyyət quruldu və güclü motivasiya mühiti formalaşdı.

Bu layihə təkcə bir görüşlə məhdudlaşmır. “Bu dünyada biz də varıq” artıq uzunmüddətli və böyük bir təşəbbüs kimi formalaşır. Layihənin əsas hədəfi – bu şüar altında dünyanın müxtəlif yerlərində yaşayan nadir genetik xəstəlikli insanları və onların ailələrini bir araya gətirmək, onlara dəstək olmaq və cəmiyyətə onların varlığını daha güclü şəkildə çatdırmaqdır.

  • Date:

    21 April, 2024

  • Location: