23 May, 2022

Xoşbəxtliyinə mane olma

Yaşama Dəstəyin “Bu dünyada biz də varıq”(Qohum evliyindən doğulan problemli uşaqlar) layihəsinin may ayının 21-də valideynlər üçün “Xoşbəxtliyinə maneə olma” adlı seminarı keçirildi. Bu seminar Sahil metrosu yaxınlığında yerləşən My Dom Nargiz restoranında keçirildi. Seminarda 50 valideyn, Yaşama Dəstəyin Yaşadan Mələkləri və 3 qonaq iştirak etdi. Bu qonaqlar illərdir ki, Yaşama Dəstəyə maddi yardımlar edir. Yardımlarına görə birliyin rəhbəri Elgül xanım hər birini Təşəkkürnamə ilə təltif etdi və ixtiyoz xəstəyinin ən ağır formasını yaşayan Roza həmin qonaqlara təşəkkür üçün çiçəklər verdi.

Valideynlər bu seminarı çox bəyəndilər.
Bəziləri daha güclü olmağı qarşısına məqsəd qoydu, bəziləri keçmiş çətin günlərini yadına salıb kövrəldi.
Növbəti seanslarda daha güclü, özgüvənli olacaqlar. Övladlarının problemli olmağında özlərini günahkar bilənlər artıq bu fikirdən daşınacaqlar. 

  • Date:

    11 June, 2025

  • Location: